ABŞ Pakistana yardımı dayandırıb

  • Aktual
  • Yanvar 5, 2018
  • 0 Comments

ABŞ Pakistana təhlükəsizlik məsələlərində yardımı dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Hezer Nauert bildirib.

“Bu gün biz təsdiq edə bilərik ki, Pakistana milli təhlükəsizlik sahəsində yardımı dayandırırıq, ancaq milli təhlükəsizlik sahəsində”, – deyə o vurğulayıb.

Nauert qeyd edib ki, bu qərar Pakistan hakimiyyətinin terrorçuluqla mübarizədə kifayət etməyən tədbirlərinə cavabdır.

“Pakistan daha çox qətiyyətli hərəkətlər etməlidir”, – deyə o əlavə edib.

Daha əvvəl ABŞ mətbuatı Donald Tramp administrasiyasının Pakistana təhlükəsizlik sahəsində yardımın dayandırılması planını elan etməyə hazırlaşdığını xəbər verib.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Bakıda 20 Yanvar günü bəzi yollar bağlanacaq…
    • Yanvar 19, 2025

    20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın

    Read more

    Prezident İlham Əliyev, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
    • Dekabr 28, 2021

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın

    Read more