Bakıda 20 Yanvar günü bəzi yollar bağlanacaq…

  • Aktual
  • Yanvar 19, 2025
  • 4 Comments

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

“Report” -a istinadən Stv.az xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin sürücülərə müraciətində

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictim

“Report” -a istinadən Stv.az xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin sürücülərə müraciətində vurğulanıb.

Qeyd olunub ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

“Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, – məlumatda bildirilib.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Prezident İlham Əliyev, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
    • Dekabr 28, 2021

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın

    Read more

    Məktəblilərin qış tətilinin günləri AÇIQLANDI
    • Dekabr 28, 2021

    Təhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb. Nazirlikdən Stv.az-ın sorğusuna cavab olaraq bildirilib

    Read more