ABŞ-ın energetika üzrə xüsusi elçisi Azərbaycana gələcək

  • Aktual
  • Yanvar 9, 2018
  • 0 Comments

ABŞ Dövlət Departamentinin beynəlxalq energetika üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnio fevral ayında Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən məlumat verilib.

Xüsusi elçi Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 4-cü iclasında iştirak edəcək.

Bundan əvvəl Azərbaycan Energetika Nazirliyindən Trend-ə bildirilmişdi ki, iclasın dəqiq tarixi yaxın günlərdə açıqlanacaq.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikincisi 2016-cı il fevralın 29-da, üçüncü iclası isə ötən il fevralın 23-də keçirilib.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Bakıda 20 Yanvar günü bəzi yollar bağlanacaq…
    • Yanvar 19, 2025

    20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın

    Read more

    Prezident İlham Əliyev, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
    • Dekabr 28, 2021

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın

    Read more