Kənan İmirzalıoğlunun rol aldığı “Mehmed: Bir cihan fatihi” adlı serialının çəkiliş meydançasında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, layihənin əməkdaşları maaşlarını almadıqları üçün baş prodüserə etiraz ediblər.
Onlar 2 min TL dəyərində qonorarlarının verilməsini tələb ediblər.Ekran işini ərsəyə gətirən prodakşının rəhbəri məsələyə qarışıb və işçilərə maaşlarının verilməsi barədə qərar çıxarıb.
Bundan əlavə, çəkiliş meydançasında aktyor Kənan İmirzalıoğluya görə tez-tez gərgin anlar yaşanır. İddia olunur ki, o, çəkiliş zamanı aqressiv hərəkətlər edir, əməkdaşların işlərinə mane olur. Bir neçə dəfə Kənanın bu addımına etiraz edilsə də, nəticə dəyişməyib.
Həmçinin, İmirzalıoğlu ekran işindən alacağı qonorarın miqdarını qaldırıb. O, bir bölüm üçün 350 min TL maaş istəyib.
Qeyd edək ki, serial martın 20-də Kanal D-də yayımlanacaq.