Azərbaycanda ruhi əsəb xəstələrinin cəmiyyətdə sərbəst dolaşmaları nə dərəcədə düzgündür? –sualımızı Azərbaycan 1 saylı Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov cavablandırıb.
O, Unikal.org-a açıqlamasında bildirib ki, ötən il rəhbərlik etdiyi xəstəxanada 13 minə yaxın ruhi əsəb xəstəsi müalicə alıb:
“Onların əksər hissəsi hazırda ev şəraitində müalicə alır və cəmiyyətə qaytarılıblar. Bəzi ruhi əsəb xəstələrimiz var ki onlar 1 ay və bəzəndə görürsən ki, illərlə normal vəziyyətdə olurlar. Cəmiyyətə normal adaptasiya ola bilirlər. Bəzən də sözügedən şəxslərin əsəbləri pozlulub və yenidən burada müalicə alırlar. Bu xəstəlik fasiləsiz gedişdir”.
Ağahəsən Rəsulov əlavə edib ki, bəzi adamlar ruhi əsəb xəstələrinin küçələrdə dolaşmasının təhlükəli olduğunu deyir:
“Onda belə çıxır ki, bütün ruhi əsəb xəstələri xəstəxanalarda gəzməlidir? Əlbəttəki yox. Onlar küçələrdə gəzməli, yaşadıqları evdə olmalıdırlar. Ruhi əsəb xəstələri bizdə sadəcə müalicə alır, normallaşdıqdan sonra yenidən gedib küçələrdə gəzir, evlərində yaşayırlar. Xəstəlikləri nə vaxtsa baş qaldırır və onda yaxınları tərəfindən dərhal bizə, müətəxəssislərə müraciət olunur və ya olunmalıdır. Onların yaxınları belə olduğu halda dərhal qeydiyyatda olduğu xəstəxanalara müraciət etməlidirlər. Bəzən görürsən ki, xəstənin yaxınları onun səhətinin pisləşdiyi vaxt bizə müraciət etmir və yaxud etmək istəmir”.
Baş həkim onu da bildirib ki, ruhi əsəb xəstəliklərinin 60 faizi sağalan, 40 faizi isə sağalmayan katiqoriyaya malikdir: “Bütövlükdə xəstəlik elə bir haldır ki, onun əlaməti insan ölənə qədər qalır. Hansı xəstəlik əlaməti sağalır? Varmı elə xəstəlik? Ürək, mədə, bağırsaq və digər xəstəliyi olan şəxslərin hansısında müalicə aldıqdan sonra tam sağalıb? Heç bir xəstəliyin əlaməti sağalmır. Bu xəstəliklər elədir ki, dərman içir və ya müalicə olunduqdan sonra insanlar müvəqqəti sağalır. Amma bütün hallarda onun əsasları qalır. Həmçinin bunu ruhi əsəb xəstəliklərinə də aid etmək olur. 60 faiz ruhi əsəb xəstələri müalicə aldıqdan sonra normal cəmiyyətə qayıdırlar. Belə hal 40 faizində isə ümumiyyətlə mümkün deyil”.
Xatırladaq ki, yanvarın 13-də Lənkəran rayonunun Liman şəhər sakinləri, 69 yaşlı Humay Qarayevanın və qızı, 48 yaşlı Səbirə Məmmədovanın ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilsə də dünyasın dəyişiblər. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin yanvarın 12-də itkin düşmüş şəxs kimi axtarışda olan Liman şəhər sakini, ruhi xəstə Fərrux Zeynalov tərəfindən törədilməsinə dair əsaslı şübhələr yarandığından, o, görülmüş tədbirlərlə saxlanılaraq istintaqa cəlb olunub. Araşdırmalarla F.Zeynalovun yanvarın 14-də həmyerliləri Heybət Abdullayevə və Nəcəfqulu Həsənova da həm kəsici, həm də küt alətlə xəsarətlər yetirməsi müəyyən edilib.