“Whatsapp” proqramı bu gün dünyada demək olar ki, bir çox insan tərəfindən istifadə edilir.

Bununla yanaşı, proqram bir çox xüsusiyyətləri barədə məlumatımız yoxdur və şirkət yeniliklər tətbiqinə davam edir.

“Mavi quş qoyma”

“Whatsapp”da “mavi quş qoyma” tətbiqini bağlayanlara pis xəbər var. Bəlkə də hiss etməmisiniz, amma dostunuz bunu etsə, siz o an mesajı görüb-görmədiyini anında anlaya bilərsiniz. Amma necə?

“Mavi quş qoyma” xüsusiyyəti qarşı tərəfin göndərdiyi mesajın oxunub-oxunmadığını bilməsi üçün nəzərdə tutulub. Cüt boz xətt bu məlumatı dəqiq vermir. Mavi cüt xətt isə istəyə görə bağlanıb-açıla bilər.

Amma “mavi quş qoyma” tətbiqinin bağlı olmasını istəyənlər də çoxdur. Çünki mesajı oxuduğunu qarşı tərəfə bildirmək istəmir. Bunun da kiçik bir hiyləsi var. Sadəcə, bir saniyəlik səsli mesaj göndərməyiniz kifayət edir. Bunun sayəsində mesajın oxunub-oxunmadığını, dinlənib-dinlənmədiyini bilmək mümkündür. Amma bu məsələdə yeganə şərt qarşı tərəfin səsli mesajı dinləməsidir.

Pul göndərmək

“Whatsapp”da pul göndərmək mümkün olacaq. Artıq Hindistanda bu özəllik tətbiq edilməyə başlayıb. Mesajlaşdığınız şəxsə pul göndərə və ya ondan pul ala bilərsiniz. Bu tətbiqdən həm “Android”, həm də “iOS” istifadəçiləri istifadə edə bilərlər.

Tətbiq aktivləşəndən sonra mobil telefon nömrəsi ilə bank hesabını eyniləşdirmək mümkün olacaq. Əvvəlcə “Ödəmələr”i seçmək lazımdır. Sonra isə istifadə şərtlərini qəbul edib, telefon nömrəsini təsdiqləmək lazımdır. Siyahıdan uyğun bankı seçin və bank hesab nömrənizi təsdiqləyin. Pul göndərmək istədiyiniz şəxsin söhbət pəncərəsini açın və “Ödəmə” butonuna basın.

Pul göndərmək istədiyiniz bank hesabını və göndərəcəyiniz məbləği seçin. Telefona gələn təsdiq kodunu ekrana daxil edin.

“Whatsapp”ın gizli qalan xüsusiyyətləri

“Whatsapp”-da bir nəfəri qara siyahıya atanda və ya kimsə sizi qara siyahıya əlavə edəndə bir-birinizə mesaj göndərə bilmirsiniz. Amma əslində belə deyil. Mesaj qarşı tərəfə çata bilər!

Bunun üçün isə başqa telefon nömrəsinə ehtiyac yoxdur. Sadəcə, “Whatsapp” abonentliyini ləğv etmək, yenidən hesab yaratmaq lazımdır. Bununla da sizi qara siyahıya əlavə edən şəxsin tətbiq etdiyi blok ortadan qalxır.

Səssiz qalmaq

Əgər dost qrupundan daim gələn bildirişlərdən bezmisinizsə, “qrup məlumatları”na daxil olun və qrup söhbətinizi 8 saat, bir həftə və ya 1 il müddətinə səssizləşdirin.