Prezidentin köməkçisindən Paşinyanın BBC-yə müsahibəsində biabır olması ilə bağlı AÇIQLAMA

“Ermənistanın Baş naziri Nikol Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində biz ədadlətli jurnalistikanı, haqlı və ədalətli sualları gördük”.

Stv.az Oxu.Az-a istinadən xəbər verirki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Qərb jurnalistikasında belə bir deyim var ki, yanlış sual yoxdur, yanlış cavab var:

“Paşinyanın BBC-nin “HARD Talk” proqramına müsahibəsində də düzgün qoyulmuş suallara yanlış, təhrif olunmuş, qeyri-peşəkar cavabların şahidi olduq.

Müsahibə zamanı Nikol Paşinyana ünvanlanmış çox düzgün və haqlı suallar var idi.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar işğalçı siyasəti, Ermənistan hakimiyyətinin Azərbaycan xalqından üzr istəməsi kimi məsələlər suallarda əks olunmuşdu. Konkret sual qoyuldu ki, bunun ya “Hə” cavabı var, ya “Yox” cavabı var”.

Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə Ermənistanın dövlət səviyyəsində məsuliyyəti var:

“Ümumilikdə müsahibə alınan tərəfin qeyri-peşəkarlığı, özünü komik bir vəziyyətə salması və digər hallar barəsində əlavə şərhlər vermək istəməzdim. Biz Paşinyanın bu vəziyyətə düşməsinə Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatı zamanı da şahid olmuşduq”.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Məşhur azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladının sevincini yaşayır-TƏBRİK
    • Yanvar 15, 2022

    Tanınmış məşhur cütlük Murad İsmayılov və Ülviyyə Xəlilbəylidən XƏBƏR var. Sevilən aktrisamız ÜLVİYYƏ XƏLİLBƏYLİ VƏ

    Read more

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib
    • Yanvar 15, 2022

    Stv.az xəbər verir ki. Müdafiə Nazirliyinin rəsmi saytında verildiyi məlumatında deyilir ki, İllik

    Read more