Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib

Stv.az xəbər verir ki. Müdafiə Nazirliyinin rəsmi saytında verildiyi məlumatında deyilir ki,

İllik fəaliyyət planına əsasən, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbi hissələrdə keçirilən təbliğat-təşviqat işləri və mədəni-kütləvi tədbirlər davam edir. Mərkəz tərəfindən yaradılan səyyar təşviqat qrupları mütəmadi qarnizonda olur, işğaldan azad edilən ərazilərimizdəki  hərbi hissələrin şəxsi heyəti ilə görüşürlər.
Bu dəfə mərkəzin bir qrupu Xocavənd rayonu istiqamətində  “N” hərbi hissəsinin ön xətt döyüş mövqelərində əsgərlərlə görüşüb.
Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə bu tədbirdə müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim olunub.
“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Onlar məktubların müəlliflərinə minnətdarlıqlarını bildiriblər.
Sonda şəxsi heyətə vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Məşhur azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladının sevincini yaşayır-TƏBRİK
    • Yanvar 15, 2022

    Tanınmış məşhur cütlük Murad İsmayılov və Ülviyyə Xəlilbəylidən XƏBƏR var. Sevilən aktrisamız ÜLVİYYƏ XƏLİLBƏYLİ VƏ

    Read more

    Komitələrin birgə iclasında “Media haqqında” qanun layihəsi videokonfrans formatında üçüncü oxunuşda müzakirə olunub
    • Dekabr 30, 2021

    Stv.az xeber verir ki, Dekabrın 29-da Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti

    Read more

    One thought on “Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir