Rəhman Rəhmanovun əməliyyatı üçün pul yoxdur ..

Vəziyyəti ağır olan Əməkdar artist Rəhman Rəhmanov Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından Bakı Sağlamlıq Mərkəzinə aparılıb.

Stv.az xəbər verir ki, Kukla Teatrının baş rejissoru Qurban Məsimov aktyorun son durumu ilə bağlı Yenicag.az-a açıqlama verib:

“Dünən aktyor Bakı Sağlamlıq Mərkəzinə aparılıb. Hazırda reanimasiyadadır. Gecə ikən analizlər götürüldü, diaqnoz qoyuldu. 12 barmaq bağırsağın yolunu daş bağlayıb. Onu təcili əməliyyat edib çıxarmaq lazımdır. Bunun üçün xəstəxanaya ödəniş olunmalıdır. Hələ ki, o məbləğ olmadığı üçün həkimlər gözləyir. Biz və yaxınları bu məbləğin toplanmasına çalışırıq. Təcili əməliyyat olunmasa, Rəhman müəllimin vəziyyəti daha da kritikləşə bilər. Qanına zəhərlənmə keçsə, həyatı təhlükə ilə üz-üzə qalacaq”.

  • Related Posts

    Məşhur azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladının sevincini yaşayır-TƏBRİK
    • Yanvar 15, 2022

    Tanınmış məşhur cütlük Murad İsmayılov və Ülviyyə Xəlilbəylidən XƏBƏR var. Sevilən aktrisamız ÜLVİYYƏ XƏLİLBƏYLİ VƏ

    Read more

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib
    • Yanvar 15, 2022

    Stv.az xəbər verir ki. Müdafiə Nazirliyinin rəsmi saytında verildiyi məlumatında deyilir ki, İllik

    Read more