Mütəllibov açıqladı: “Həlqə” hücumunu kim dayandırdı? – Video

Eks-prezident Ayaz Mütəllibov növbəti dəfə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.

Axar.az xəbər verir ki, Ayaz Mütəllibov bu dəfə hakimiyyətdə olduğu zaman ermənilərə qarşı həyata keçirtdiyi “Həlqə” hərbi əməliyyatı haqqında danışıb. Onun sözlərinə görə, əməliyyat uğurla həyata keçdiyi bir məqamda ona qarşı ciddi təzyiqlər başlayıb. Bu təzyiqləri isə Xalq Cəbhəsi təşkil edib.

Eks-prezident bildirir ki, ona öncə Pribaltikadakı Xalq Cəbhəsindən hədə dolu zənglər gəlib və qısa zamandan sonra Moskvadan Qorbaçov başda olmaqla, təhlükəsizlik orqanlarının rəhbərləri zəng edib. O, bir günün içində Moskvaya getməli olub və bununla da proses yarımçıq qalır.

Ayaz Mütəllibov açıqlamasında həm də intiqam almaq hissini və bir məsələdə peşmançılığını da etiraf edib.

“Sadə həqiqətlər” verilişi bu gün saat 21:50-də Space TV-də yayımlanacaq.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Ad Gününüz Mübarək Cənab İLHAM ƏLİYEV..
    • Dekabr 24, 2021

    Azərbaycanın 4-cü prezidenti 31 oktyabr 2003-cü ildən Hökumət başçısı özü (noyabrın 4-dək)Artur RasizadəNovruz MəmmədovƏli Əsədov

    Read more

    Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir – YENİLƏNİB
    • Dekabr 23, 2021

    Prezident.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən

    Read more