Vaqif Mustafayevin Bakıya dair təşəbbüsü Moskvada dəstəkləndi

Tanınmış Azərbaycan rejissoru, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti Vaqif Mustafayevin hələ iki il əvvəl Bakı şəhərinə “Qəhrəman şəhər” adının verilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs postsovet məkanında yeni hərəkatın yaranmasına təkan verib.

Yenicag.az xəbər verir ki, bu barədə Moskvada keçirilən mətbuat konfransında Avrasiya Xalqları Assambleyasının Ali Şurasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin məlumat verib:

“Bakıda keçirilən Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində baş tutan “Böyük Vətən Müharibəsi və İkinci Dünya Müharibəsi ilə bağlı tarixi yaddaşın qorunması” beynəlxaql ictimai forumunda Vaqif Mustafayevin Bakı şəhərinə “Qəhrəman şəhər” adının verilməsi ilə bağlı iki il əvvəl Moskvada irəli sürdüyü təşəbbüs ictimai müzakirəyə çıxarıldı və iştirakçılar tərəfindən yekdilliklə dəstəkləndi. Məhz bu təklifin nəticəsində forumda “Birlikdə qalib gəldik” Beynəlxalq İctimai Komitəsinin yaradılmasına dair plan ortaya çıxdı”, – Valeri Ruzin belə deyib.

Sentyabrın sonu oktyabrın əvvəllərində Bakıda keçirilmiş Avrasiya Xalqları Assambleyası günlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiya Cəmiyyətinin Tədqiqatçıları Assosiasiyasının prezidenti Gennadi Bordyuqov da bildirib ki, “Birlikdə qalib gəldik” təşəbbüsünün iştirakçıları postsovet məkanı və xarici ölkələrdə Qələbəyə töhfə vermiş Bakı şəhərinin “Qəhrəman şəhər” adlandırılması üçün tarixi baza hazırlamaq və bununla bağlı təşəbbüs irəli sürmək niyyətindədirlər.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Ad Gününüz Mübarək Cənab İLHAM ƏLİYEV..
    • Dekabr 24, 2021

    Azərbaycanın 4-cü prezidenti 31 oktyabr 2003-cü ildən Hökumət başçısı özü (noyabrın 4-dək)Artur RasizadəNovruz MəmmədovƏli Əsədov

    Read more

    Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir – YENİLƏNİB
    • Dekabr 23, 2021

    Prezident.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən

    Read more