Stv.az xəbər verir ki, imkansız ailələrə qış geyimləri paylanıb.
18 oktyabr Müstəqillik Günü ilə əlaqədar olaraq Tərtər rayonunda əlil və imkansız ailələrə yardım məqsədi ilə dəstək aksiyası təşkil olunub. Aksiyada qış geyimləri toplanıb və 45 ailə bu geyimlərlə təmin olunub.Bu barədə aksiyanın təşkilatçısı Günel Əliqızı belə deyib:” Aksiya 4 il əvvəl başladıq.Hər il prezidentimiz İlham Əliyevin doğum günündə imkansız ailələrə yardımlar təşkil edirdik. Amma bu il ehtiyyac çox olduğundan qərara gəldik ki, bir neçə dəfə keçirdək. Sentyabrın 16-da belə bir aksiya dərs ilinin başlanması münasibətilə təşkil etdik. Ancaq əlillər və müharibə veteranlarının uşaqları üçün məktəb ləvazimatları payladıq.Həmin aksiyada adının çəkilməsini istəməyən bir iş adamı bizə dəstək olaraq,maddi yardım göstərdi.İndiki aksiya isə üç gün ərzində Tərtərin müxtəlif yerlərində həyata keçirilib. İmkansız ailələrə qış geyimləri paylanılıb. Bu aksiyada bizi ADA Universtitetinin rəhbərliyi və tələbələri dəstəkləyib. Məqsədimiz ehtiyyacı olan ailələri təmin eləmək idi. Hesab edirəm ki, aksiyamızın məqsədinə çatdıq. Bu kateqoriyadan seçdiyimiz ailələr qismən təmin olundu. Xeyli müraciət edən oldu ki, onları təmin edə bilmədik. Düşünürəm ki, növbəti prezidentimizin ad gününə nəzərdə tutduğumuz aksiyada onlarda yardımla təmin olunacaqlar.”
Günel Əliyeva bildirib li, 2016-cı ildə məşhur müğənnilərdən onlara xeyriyyə aksiyasının həyata keçirilməsi üçün Gülüstan Əliyeva dəstək olub.Bərdə , Tərtər, Ağdam müğənniləri də yardımlarını əsirgəməyiblər:” Amma bu il aksiyalarımıza daha çox dəstək gözləyirik. Şairlər, aktyorlar və müğənnilər həmişə bizə dəstək olurlar . Bu aksiyalarda Vahid Əziz ,Kəmalə Abdullayeva , Əhməd Şaiqov ,İlqar Rəsulu minnətdarlıqla qeyd etmək olar.”
” Yerli icra hakimiyyətinə bu aksiyaları koordinasiya eləmək, göndərilən sovqatları saxlamaq üçün yer istəsək də təmin etmədilər.Ancaq Heydər Əliyev Fondundan nə vaxt yardım istəmişik ,əsirgəməyiblər. Ötən il əlil arabaları üçün bizə bir neçə nəfər müraciət etmişdi. Heydər Əliyev Fonduna deyən kimi göndərdilər”- deyərək Günel Əliqızı vurğulayır.
Əlavə olaraq onu da deyək ki, Günel Əliqızı belə aksiyalara çox ailələrin ehtiyyacı olduğunu deyir. Ona görədə düşünür ki, belə aksiyaları davam etdirmək lazımdır.