Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub

  • İdman
  • Oktyabr 18, 2018
  • 0 Comments

55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyevlə Balabəy Ağayev finalda üz-üzə gəlib. Qızıl xalla qələbə qazanan Əliyev dünya çempionu olub. Ağayev isə gümüş medal əldə edib.
Digər cüdoçulara gəldikdə, 44 kq çəkidəki Şəfəq Həmidova bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətlənib. Bu çəkidə Həmidovanın komanda yoldaşı Ramilə Əliyeva və 60 kq çəkidəki Kəramət Hüseynov 1/8 finalda məğlub olub və mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan 6 kişi və 3 qadın cüdoçu ilə təmsil olunur. Oktyabrın 18-də qadınların yarışında İçinxorlu Munxtsedev (57 kq) 1/16 finalda Anna Dabrovska (Polşa) ilə, Hasil Cəfərov (73 kq) isə eyni mərhələdə Jilberto Kardoso (Meksika) ilə qarşılaşacaq. Oktyabrın 19-da tatamiyə çıxacaq Murad Fətiyev (81 kq) 1/16 finalda Fransua Qotye-Drapo (Kanada) ilə üz-üzə gələcək. Oktyabrın 20-də mübarizə aparacaq Adil Kərimli (100 kq) isə eyni mərhələdə İvo Vitasseklə (Almaniya) görüşəcək.
Dünya çempionatında 67 ölkədən ümumilikdə 426 idmançı – 240 kişi və 186 qadın cüdoçu mübarizə aparır.
Böyüklər arasında XXXII dünya çempionatı 20 – 27 sentyabrda Bakıda keçirilib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Azərbaycan pauerliftinqçisi ikinci dəfə dünya çempionu olub.

Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub

  • Stv.az

    azerbaycan

    Related Posts

    Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib
    • Dekabr 30, 2021

    Dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin

    Read more

    Neymar “Real”ın heyətinə keçmək niyyətindədir
    • Mart 15, 2018

    “PSJ” klubunun hücumçusu Neymar 2018-ci ilin dünya çempionatına qədər komandadan getmək niyyətindədir. Stv.az

    Read more