“Böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik” – İlham Əliyev

Azərbaycanla Türkiyə birgə enerji-nəqliyyat layihələrini uğurla icra edir. Həmin layihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır”.
Unikal.org  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirib.
Birgə layihələrdən danışan dövlətimizin başçısı deyib: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq”.
Ötən ilin oktyabrında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı mərasimi keçirildiyini xatırladan dövlətimizin başçısı deyib: “Bu dəmir yolu yeni nəqliyyat damarıdır. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaq. Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bütün bu böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür.
  • Stv.az

    azerbaycan

    Related Posts

    Məşhur azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladının sevincini yaşayır-TƏBRİK
    • Yanvar 15, 2022

    Tanınmış məşhur cütlük Murad İsmayılov və Ülviyyə Xəlilbəylidən XƏBƏR var. Sevilən aktrisamız ÜLVİYYƏ XƏLİLBƏYLİ VƏ

    Read more

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib
    • Yanvar 15, 2022

    Stv.az xəbər verir ki. Müdafiə Nazirliyinin rəsmi saytında verildiyi məlumatında deyilir ki, İllik

    Read more