Fədayə Laçın intihara cəhd edib?

  • Aktual
  • İyun 7, 2018
  • 0 Comments

Vəkili xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçınla görüşüb.

Stv.az xəbər verir ki, Vəkil Türkel Süleymanlının APA-ya verdiyi məlumata görə, görüş müəyyən istintaq hərəkətlərinin aparılması ilə bağlıdır. Vəkil bildirib ki, F. Laçının intihara cəhd etməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır:

“O, özünü yaxşı hiss edir və saxlanma şəraitindən heç bir narazılığı yoxdur”.
Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Bakıda 20 Yanvar günü bəzi yollar bağlanacaq…
    • Yanvar 19, 2025

    20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın

    Read more

    Prezident İlham Əliyev, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
    • Dekabr 28, 2021

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın

    Read more