Yer kürəsinin dünyadan xəbərsiz sakinləri – Onlar neçə yaşlarının olduğunu belə bilmirlər

Dünyanın mədəniyyətdən uzaq maraqlı həyat tərzi sürən sakinləri haqqında maraqlı məlumatlar üzə çıxıb.

Əfqanıstanın şimal-şərqində yerləşən Vaqhan bölgəsində yaşayan sakinlər sivilizasiyadan uzaq həyat tərzi sürürlər.

Burada yaşayan insanlar harada yaşadığını coğrafi məkan olaraq bilmirlər.

Onların düşüncəsinə görə, dünyanı məkan olaraq coğrafi adlara bölmək düzgün deyil.

Vaqhan mədəniyyətinin sahibi kimi tanınan sakinlər qəbilə formasında yaşayaırlar və əsas məşğuliyyətləri əkinçilik, maldarlıq və ovçuluqdur.

Əgər, bir gün onlardan neçə yaşlarının olduğunu soruşsanız onlar sizə cavab verməyəcək. Çünki onlar yaşlarının nə qədər olduğunu belə bilmirlər.

Vaqhan bölgəsi Əfqanıstan, Pakistan, Tacikistan və Çin ilə həmsərhəddir.Onlar heç bir dövlət qurumlarına tabe deyil.

Fransız fotoqrafı Erik Lafforque və amerikalı fotoqraf Frederik Laqranc həmin bölgədən hazırladığı reportajdan sonra onlar haqqında dünyanın məlumatı olmağa başlayıb.

Təxminən, 240 km uzunluğunda olan Vaqhan ərazisinin 12 min sakini var.

Onların heç biri dünyada və qonşuluqlarında baş verən istənilən proseslərdən xəbəri yoxdur.

Burada heç kimin yazmaq və oxumaq bacarığı yoxdur. Çünki bölgədə müəllim də yoxdur. Orada heç həkim də yoxdur.

İnsanlar ya xəstələnmir, ya da xəstələnəndə tədricən sağalır. Ağır xəstələr isə ölümlərini gözləyirlər.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Məşhur azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladının sevincini yaşayır-TƏBRİK
    • Yanvar 15, 2022

    Tanınmış məşhur cütlük Murad İsmayılov və Ülviyyə Xəlilbəylidən XƏBƏR var. Sevilən aktrisamız ÜLVİYYƏ XƏLİLBƏYLİ VƏ

    Read more

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib
    • Yanvar 15, 2022

    Stv.az xəbər verir ki. Müdafiə Nazirliyinin rəsmi saytında verildiyi məlumatında deyilir ki, İllik

    Read more