İsrail aviasiyası Qəzza zolağında bir neçə obyektə zərbələr endirib.Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
“Hərbi təyyarələr üç sahədə HƏMAS qruplaşmasına məxsus 10-dək hədəfə zərbələr endirib.
Məlumata görə, zərbələr fələstinlilərin raket atmasına cavab olaraq endirilib. Dağıdılmış hədəflər arasında silahların istehsalı və saxlanılması üzrə iki obyektin və bir hərbi təyinatlı tikilinin olduğu bildirilir.

