Prosineçkinin yeni iş yeri məlum oldu

  • İdman
  • Yanvar 5, 2018
  • 0 Comments

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.

Oxu.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis Bosniya və Herseqovina yığmasının “sükanı arxası”na keçib.

Bu barədə qərar ölkənin futbol federasiyasının İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Komitə üzvləri Amar Osimlə Prosineçki arasında seçim ediblər. Onun köməkçiləri Azərbaycan millisində də işləmiş Qordan Tsipriç və Draqan Spasiç, eləcə də Kenan Xasaqiçlə Elvir Raximiç olacaqlar.

49 yaşlı mütəxəssis yeni iş yerində fəaliyyətinə bu ayın sonunda başlayacaq. O, milli komandanı yanvarın 28-də ABŞ-da təlim-məşq toplanışına aparacaq və 3 gün sonra yetirmələri ilk matçında Meksika ilə qarşılaşacaq.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib
    • Dekabr 30, 2021

    Dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının hesabat-seçki konfransı keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin

    Read more

    Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub
    • Oktyabr 18, 2018

    55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyevlə Balabəy Ağayev finalda üz-üzə gəlib.

    Read more

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir