Seriallarımızda aktyorlar niyə öz paltarlarını geyinir? – AÇIQLAMA

Dünya praktikasına nəzər yetirsək, “Game of Thrones”dan tutmuş “Aşk-ı memnu” kimi seriallara qədər hər bir aktyorun geyiminə diqqət edən, onları yönləndirən stilistlərini görərik. Həmin stilistlər səhnəyə uyğun olaraq aktyorun geyimini seçir, hətta aksessuarları belə ona görə tənzimləyir. Ancaq bizim yerli seriallara baxdıqda, bu hala çox az rast gəlinir. Geyim məsələsinin problemli olduğu bir ekran işi də “Xəzər” TV-də yayımlanan “Lal yuxu” serialıdır.

Belə ki, sözügedən serialda aktyorların öz geyimlərindən istifadə etməsi diqqətdən yayınmayıb.

Məsələ ilə bağlı serialın ideya müəllifi və baş rol ifaçısı Oksana Rəsulova Oxu.az-ın suallarını cavablandırıb:

“Xeyr, aktyorlar orada öz geyimlərindən istifadə etmir. Onlardan yalnız üçü – Emil Bədəlov, Şəhriyar Əbilov və Türkay Cəfərli öz libaslarından istifadə edir. Türkayın bəzi paltarları prodakşn tərəfindən verilir. Ancaq Şəhriyar sırf öz üslubu ilə geyinir deyə, başqa paltarları istifadə etmir. Serialdakı obrazı yazılarkən Şəhriyarı nəzərə alıb, ona uyğun yazmışıq”.

Ekran işində Ayxan obrazını canlandıran Türkay Cəfərli isə məsələyə belə münasibət bildirib:

“Bir-iki səhnədə öz paltarımı geyinmişəm. Geyimlərimin 98%-i şirkət tərəfindən qarşılanır. Bir epizodda çəkilişə gecikmişdim deyə, öz geyimimlə çəkildim. Ayxan obrazı bir az çılğın tipajdır, ona görə mənim geyim tərzim ona uyğun gəlir”.

Qeyd edək ki, eyni problemlər başqa seriallarda da mövcuddur. Aktyorların serialdakı obrazlarında öz şəxsi qarderobundan istifadə etməsi prodakşnların az büdcə ayırmasından və rəssam işinin zəif olmasından irəli gəlir.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Məşhur azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladının sevincini yaşayır-TƏBRİK
    • Yanvar 15, 2022

    Tanınmış məşhur cütlük Murad İsmayılov və Ülviyyə Xəlilbəylidən XƏBƏR var. Sevilən aktrisamız ÜLVİYYƏ XƏLİLBƏYLİ VƏ

    Read more

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib
    • Yanvar 15, 2022

    Stv.az xəbər verir ki. Müdafiə Nazirliyinin rəsmi saytında verildiyi məlumatında deyilir ki, İllik

    Read more

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir