Bu il Azərbaycandan Gürcüstana 2,7 mln. dollar pul köçürülüb

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 2 mln. 716 min dollar köçürülüb.
Stv.az – ın Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, bu məbləğin 1 mln. 322 min dolları ötən ayın payına düşüb.
Yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 1 mln. 612 min dollar köçürülüb.
Fevral ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə 113,9 mln. dollar daxil olub. Bu məbləğ ötən ilin eyni göstəricisindən 21% çoxdur. Gürcüstana ötən ay ən çox pul köçürülən ölkələrin üçlüyünə Rusiya (33,4 mln. dollar), İtaliya (14 mln. dollar) və Yunanıstan (13, 3 min dollar) daxildir.
  • Stv.az

    azerbaycan

    Related Posts

    Ad Gününüz Mübarək Cənab İLHAM ƏLİYEV..
    • Dekabr 24, 2021

    Azərbaycanın 4-cü prezidenti 31 oktyabr 2003-cü ildən Hökumət başçısı özü (noyabrın 4-dək)Artur RasizadəNovruz MəmmədovƏli Əsədov

    Read more

    Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir – YENİLƏNİB
    • Dekabr 23, 2021

    Prezident.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən

    Read more