enişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

Stv.az -a Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, bu mərhələdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirib.
Mürəkkəb dağlıq relyef və radioelektron mübarizə, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.
Müxtəlif təlim poliqonlarında yeni silah sistemlərinin də istifadəsilə motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışları, praktiki raket buraxılışları və bombalama icra edib.
Səhra komanda məntəqəsində olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən rəhbər heyətin qoşunları idarəetmə bacarığını, hərbi qulluqçuların döyüş tapşırıqlarını icraetmə qabiliyyətini yüksək qiymətləndirib, təlimlərdə peşəkarlıq nümayiş etdirmiş zabit və əsgərlərin təltif edilməsi haqda göstəriş verib.
  • Stv.az

    azerbaycan

    Related Posts

    Ad Gününüz Mübarək Cənab İLHAM ƏLİYEV..
    • Dekabr 24, 2021

    Azərbaycanın 4-cü prezidenti 31 oktyabr 2003-cü ildən Hökumət başçısı özü (noyabrın 4-dək)Artur RasizadəNovruz MəmmədovƏli Əsədov

    Read more

    Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir – YENİLƏNİB
    • Dekabr 23, 2021

    Prezident.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən

    Read more