Bayılda seysmoloji tədqiqatların nəticəsi nə vaxt açıqlanacaq?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bayıl yamacı boyunca monitorinqləri davam etdirir.

Unikal.org xəbər verir ki, mərkəzdən  verilən məlumata görə, RSXM əməkdaşları hazırda ərazidə işləyirlər.

Ərazidə aparılan son təhlillərlə bağlı bildirilib ki, bir həftədən bəri aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra Mərkəzin ilkin rəyi açıqlanacaq.

Qeyd edək ki, “Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə bir neçə gündür aparılan monitorinqə RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. RSXM-nin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb.

Daha öncə RSXM-dən daha öncə o da qeyd edilib ki, tədqiqatlar ərazidə gedən sürüşmə prosesi dayanana qədər davam etdiriləcək. Aparılan tədqiqatların nəticəsi təhlil edildikdən sonra sürüşmənin baş vermə səbəblərinə dair hesabat hazırlanaraq rəsmi dövlət qurumlarına təqdim ediləcək.(trend)

  • Stv.az

    azerbaycan

    Related Posts

    Məşhur azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladının sevincini yaşayır-TƏBRİK
    • Yanvar 15, 2022

    Tanınmış məşhur cütlük Murad İsmayılov və Ülviyyə Xəlilbəylidən XƏBƏR var. Sevilən aktrisamız ÜLVİYYƏ XƏLİLBƏYLİ VƏ

    Read more

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib
    • Yanvar 15, 2022

    Stv.az xəbər verir ki. Müdafiə Nazirliyinin rəsmi saytında verildiyi məlumatında deyilir ki, İllik

    Read more