Bugün Şəhid İsmayılov Seyfəddin Gülağa oğlunun doğum günündür

Yaşasaydı bu gün 45 yaşını qeyd edəcəkidi.
Allah rəhmət eləsin.

İsmayılov Seyfəddin Gülağa oğlu 1973-cü ilin Yanvar ayının 20-də Yardımlı rayonunun Yardımlı qəsəbəsində anadan olmuşdur. 1980-cı ildə Yardımlı rayonu M.F.Axundov adına 1 saylı orta məktəbinə daxil olmuş və həmin məktəbi 1990-cı ilin may ayında bitirmişdir. 1991-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış və Ukrayna SSR-nin Desna şəhərində yerləşən 0665 Tank diviziyasında xidmət keçmişdir. 1991-ci ilin dekabr ayında MDB dövlətlərində xidmət keçmiş əsgərlərin geri qayıdırlar, 1992-ci ilin yanvar ayında Azərbaycan Milli Ordu sıralarına yenidən çağrılırlar. Müvafiq olaraq 820 saylı polk (Lənkəran batalyonu), N hərbi hissələrdə Laçın, Qubadlı, Ağdərə, Xocavənd, Füzuli rayonlarında döyüşlərdə iştirak edir. N saylı hərbi hissənin tərkibində 1993-cü ilin avqust ayında Xocavənddə ayağından yüngül yaralanarq hərbi qospitala düşür 1993-cü ilin noyabrında sağalaraq yenidən hərbi xidmətə yollanır bu zaman o 701-ci briqadaya göndərilir və burda o 4-cü taborda xidmət etməyə başlayır. 2-ci Kəlbəcər əməliyyatının iştirakçısı olan Seyfəddin Gülağa oğlu İsmayılov Qızılqaya, Təkəqaya, Susuzluq, Bozlu, Bağırlıdağ, Lev, Çəpli, Yanşaq və Qamışlı kəndlərinin alınmasında iştirak edir. 7 Fevral 1994-cü ildə Kəlbəcərin Güneypəyə kəndində düşmənin atdığı munemyotun qəlpələrindən şəhid olmuşdur. 10 fevral 1994-cü ildə Yardımlı rayonuna gətirilərək Yardımlı rayon qəbristanlığında dəfn edilir. Şəhid Seyfəddin İsmayılovun adı əbədiləşdirilmişdir. Yardımlı rayonunda küçə və istirahət parkı onun adını daşıyır.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Məşhur azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyli ikinci övladının sevincini yaşayır-TƏBRİK
    • Yanvar 15, 2022

    Tanınmış məşhur cütlük Murad İsmayılov və Ülviyyə Xəlilbəylidən XƏBƏR var. Sevilən aktrisamız ÜLVİYYƏ XƏLİLBƏYLİ VƏ

    Read more

    Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən əsgərlərlə növbəti görüş keçirilib
    • Yanvar 15, 2022

    Stv.az xəbər verir ki. Müdafiə Nazirliyinin rəsmi saytında verildiyi məlumatında deyilir ki, İllik

    Read more