Azərbaycanın İgid övladi Şəhid Fəxri Qəribzadənin Mövlud günündən-FOTO,VİDEO

Stv.az xəbər verir ki, körpə yaşlarından təkbaşına, anası tərəfindən böyüdülən  Şəhid Fəxri Qəribzadə 1994-cü ilin yanvarın 10-da Bərdə rayonunun Güloğlular kəndində anadan olub.

2001-2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb.

Orta məktəbi başa vurduqdan sonra, 2012-2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, əsgərlikdə olub.

O, hərbi xidmətini-əsgərliyini də Fəxri fərmanla başa vurub.

Hərbi xidməti başa vurduqdan sonra yenidən taleyini Ordu ilə, hərblə bağlayıb.

MAXE kimi xidmətini davam etdirməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk anından, ilk saniyəsindən də döyüşlərə atılıb.

Belə ki, sentyabrın 27-dən Murov dağının, Talışın, Suqovuşanın, Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

oktyabrın 10-da Ağdərə döyüşləri zamanı Şəhid olub.

Murov Qartalı Fəxri Qəribzadə Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları təltif edilib.

Şəhidimiz ailədə iki uşaq-bir qardaş, bir bacı olublar.

Fəxri həm də nişanlı olub, öz xalası qızı ilə nişanlanıb, 2020-ci ilin payızında toyları olacaqmış…

Eyni zamanda, Güloğlular kənd orta məktəbində adını daşyan sinif otağı var və həmin məktəbin Fəxri Qəribzadənin ismi ilə adlandırılması gözlənilir.

RUHU ŞAD OLSUN..

Allah Ailəsinə və əzizlərinə səbr versin!

  • Stv.az

    azerbaycan

    Related Posts

    “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq
    • Yanvar 20, 2022

    Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi

    Read more

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
    • Yanvar 20, 2022

    Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının

    Read more

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir