Azərbaycan Ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunları Komandanlığının qərargah binası, digər idarələrinin inzibati binalarında yaradılan şəraitlə tanış olub və 2021-ci ilin yekunlarına dair müşavirə keçirib.
Hərbi qulluqçular qarşısında çıxış edən general-polkovnik K.Vəliyev qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından şəxsi heyəti təbrik edib.
Silahlı Qüvvələrin Ali Baş Komandanının ordu qarşısında qoyduğu tapşırıqlar müşavirədə bir daha şəxsi heyətin diqqətinə çatdırılıb. Hərbi qulluqçuların döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti təhlil edilib, döyüş qabiliyyətinin daha da yüksəldilməsi, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, o cümlədən digər məsələlər barədə söhbətlər aparılıb.
Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi Əməliyyat (Komando) hərbi hissələrindən birində şəxsi heyətlə görüşüb. Müdafiə nazirinin tapşırıqlarını şəxsi heyətə çatdıran general-polkovnik K.Vəliyev hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsinin vacibliyini vurğulayıb.

  • Stv.az

    azerbaycan

    Related Posts

    “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq
    • Yanvar 20, 2022

    Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi

    Read more

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
    • Yanvar 20, 2022

    Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının

    Read more

    One thought on “Azərbaycan Ordusunun Baş Qərargah rəisi Quru Qoşunlarında olub

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir