“Nizami Gəncəvinin 880 illiyi (1141–2021)” xatirə nişanları təqdim olunub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə təltif olunan tanınmış elm, ədəbiyyat xadimləri və yerli nəşriyyat nümayəndələrinə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanlarının təqdim olunması mərasimi keçirilib.

Azərbaycan Milli Kitabxanasında baş tutan tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli 2408 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanı təsis edilib və xatirə nişanı Nizami irsinin təbliği və tanıdılmasında mühüm xidmətləri olan şəxslərə təqdim olunur.

Ardınca tədbir iştirakçıları “Nizami İli”ndə görülən işlərdən bəhs ediblər, Nizami irsinin hər zaman öyrənilməsinə və gənc nəslə tanıdılmasına ehtiyac olduğunu vurğulayıblar.

Sonda Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tanınmış elm, ədəbiyyat xadimləri və yerli nəşriyyat nümayəndələrinə “Nizami Gəncəvinin 880 illiyi (1141 – 2021)” xatirə nişanlarını təqdim edib.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”
    • Dekabr 30, 2021

    Stv.az məlumatına görə Dahi Azərbaycan şairi və mütəfəkkirinin şərəfinə adlandırılan 2021-ci il Nizami

    Read more

    Dubai Expo-2020 layihəsi çərçivəsində “Azərbaycan ritmləri və rəqsləri” adlı proqram təqdim olundu
    • Dekabr 28, 2021

    STV.AZ Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabr ayının

    Read more

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir