Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”

Stv.az məlumatına görə Dahi Azərbaycan şairi və mütəfəkkirinin şərəfinə adlandırılan 2021-ci il Nizami Gəncəvinin söz və hikmət dünyasının əbədiyaşar olduğunu bir daha sübut etdi. “Nizami ili”ndə ölkəmizdə və onun hüdudlarından kənarda rəngarəng tədbirlər keçirildi.

Dekabrın 29-da Heydər Əliyev Sarayında Nizami Gəncəvinin 880 illiyi münasibətilə təqdim olunan “Beş qapı” adlı tamaşa da paytaxtımızın baş səhnəsinin əlamətdar illə bağlı yekun tədbiri idi.

Nizaminin hikmətlər xəzinəsi – “Xəmsə”nin motivləri əsasında hazırlanan tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə reallaşdı.

Ssenari müəllifi Şahin Musaoğlu, bəstəkarı Tamilla Əhədova olan səhnə işinin quruluşu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.

Layihənin məqsədi “Xəmsə”nin ayrı-ayrı poemalarında əks olunan hadisələrin beş qapı vasitəsilə açılması və təqdim edilməsidir. Tamaşada hər qapı bir poemanın konsepsiyasına uyğun məzmun və ideyanı özündə əks etdirərək teatral, xoreoqrafik, pantomim elementlərdən ibarət təsvirlərin qısa təhlili və canlandırılması ilə nümayiş olundu.

ADMİU-nun aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrinin çıxış etdiyi səhnə əsəri döyüş təbillərinin çalınması və Makedoniyalı İskəndərin Əhəmənilər ölkəsinə hücumu ilə açılır. Qızğın döyüşlərdən sonra İran şahı Dara məğlub olur. İskəndər ölüm və dağıntıların səbəbini Darada görür…

Sonra Nizaminin dili ilə Bərdə şəhəri vəsf edilir. Şəhərin vaxtilə qədim mədəniyyət və elm ocağı olduğu bildirilir. Dahi şair həmin hissləri öz doğma yurdu qədim Gəncə haqqında da söyləyir. Daha sonra Nüşabə ilə görüşür…

Səhnə işi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

  • Stv.az

    azerbaycan

    Related Posts

    “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq
    • Yanvar 20, 2022

    Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi

    Read more

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
    • Yanvar 20, 2022

    Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının

    Read more

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir