Hacıqabulda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə olunub

Dekabrın 23-də Hacıqabul rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi, Hacıqabul rayon Natiq Rüstəmov adına Abdulabad kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Alpay Şərifli, məktəbin direktoru Budaq Cəfərov, Abdulabad kənd “Cümə” məscidinin dini icma sədri Həsrət Şıxalıyev, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. Qeyd olunub ki, ölkəmizdə uşaqların keyfiyyətli təhsil almaları üçün hər cür şərait yaradılıb. O da vurğulanıb ki, dinin dövlətdən ayrı olması, təhsil sisteminin dünyəvi xarakter daşıması və bütün dinlərin qanun qarşısında bərabər olması konstitusiyamızda öz əksini tapıb.

Sonda isə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Tələbə aktyorların ifasında Nizami dünyasına açılan “Beş qapı”
    • Dekabr 30, 2021

    Stv.az məlumatına görə Dahi Azərbaycan şairi və mütəfəkkirinin şərəfinə adlandırılan 2021-ci il Nizami

    Read more

    Dubai Expo-2020 layihəsi çərçivəsində “Azərbaycan ritmləri və rəqsləri” adlı proqram təqdim olundu
    • Dekabr 28, 2021

    STV.AZ Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabr ayının

    Read more