Oqtay Şirəliyev əmr imzaladı

Səhiyyə naziri Oqtay Şirəliyev 21-28 aprel 2019-cu il tarixlərində Azərbaycanda “Formula 1 Azərbaycan Qran Prisi” yarışının keçirilməsi ilə bağlı tədbir iştirakçılarına və qonaqlara tibbi yardımın təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən Stv.az-a verilən məlumata görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi, tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov: erkən mərhələdə aşkarlandığı təqdirdə, mədə xərçəngi tam müalicə oluna bilər
    • Dekabr 28, 2021

    Qış fəslində mədə-bağırsaq xəstəlikləri artırmı? Mədə və həzm sistemi xəstəliklərinə ilin bütün fəsillərində

    Read more

    Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafanın COVİD-19 haqqında müsahibəsi…
    • Dekabr 23, 2021

    Qoxu hissinin itməsi nədir? – Qoxubilmənin pozulmasına anosmiya (qoxu hissinin tam itməsi), hiposmiya

    Read more