Təqib olunan ailə fəryad edir

Quliyeva Səbinə Elxan qızının həyat yoldaşı Quliyev Əmiraslan 2010-cu ildən «Müsavat» partiyasının üzvüdür. O, «Musavat» partiyasının Suraxanı rayonu üzrə aktivlərindəndir. Quliyev Əmiraslan 10 mart 2018-ci ildə keçirilən növbədənkənar Prezident seçkiləri əleyhinə mitinqlərin keçirilməsində aktiv təşkilatçılardan olduğu üçün, Prezident seçkilərindən sonra növbədənkənar seçkilərə qarşı çıxdıqları üçün «Müsavat» partiyası fəallarının problemləri başladı.
Mitinqlər vaxtı 40 yaxın aktiv üzv həbs edildi. Biz Quliyevlər ailəsinin Azərbaycanın güc strukturları tərəfindən necə təzyiqlərə məruz qalmaqları barədə məlumat vermək istəyirik.
Quliyev Əmiraslan «Musavat» aktivi olduğu üçün, güc strukturları tərəfindən təqiblərə məruz qalmış, qaçıb gizlənməyə məcbur olmuşdur. Əmiraslanın yerini öyrənmək üçün onun ailəsi Quliyeva Səbinə Elxan qızı və qızı Quliyeva Aylin Əmiraslan qızı təqib və işgəncələrə məruz qalmışlar..
Hətta bir qrup kişi 30 avqust 2018-ci ildə gecəyarısı onların yaşadığı mənzilə soxularaq azyaşlı Aylinin gözü qarşısında Quliyeva Səbinəni döyərək zor tətbiq edərək Quliyev Əmiraslanın yerini söyləməsini tələb etmişlər.
Quliyeva Səbinənin hakimiyyət orqanlarına şikayətinə isə məhəl qoyan yoxdur.Kimdən kimə şikayət edilsin ki?.Ümid ancaq bu məsələni ictimailəçdirərək İnsan haqlarının müdafiəsində duran xarici təşkilatlara çatdırmağa qalır.Bəlkə o zaman bu ailənin hüquqlarını müdafiə edə biləcək bir qurum və ya şəxs tapıldı.

  • Stv.az

    azerbaycan

    Related Posts

    “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq
    • Yanvar 20, 2022

    Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi

    Read more

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
    • Yanvar 20, 2022

    Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının

    Read more