Bakıda silahlı insident: 56 yaşlı kişi güllələndi

Bakıda güllələnmə hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə iyunun 8-də paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Rayon ərazisində yaşayan, 1969-cu il təvəllüdlü Rafət Abış oğlu Nərimanov aralarında yaranmış şəxsi münaqişə zəminində 1962-ci il təvəllüdlü Nizami Teymur oğlu Qasımova təhlükəli ov silahı ilə atəş açaraq yaralayıb, sonuncunu öldürməyə cəhd edib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

  • Stv.az

    azerbaycan

    Related Posts

    Bakıda qardaş işdən evə gec gələn bacısını öldürdü — MƏHKƏMƏ
    • İyun 13, 2019

    Bakıda bacısını öldürməkdə təqsirli bilinərək məhkum olunan Anar Məsimov Ali Məhkəməyə müraciət edib.

    Read more

    25 YAŞLI OĞLANDAN DƏHŞƏTLİ QƏTL ÇOBANI GÜLLƏLƏYİB
    • Oktyabr 18, 2018

    25 YAŞLI OĞLANDAN DƏHŞƏTLİ QƏTL ÇOBANI GÜLLƏLƏYİB CƏSƏDİNİ KANALA ATDI, DÖRD GÜN SONRA…

    Read more