Kəmaləddin Heydərov təcili Zaqatalaya getdi (YENİLƏNİB)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov zəlzələ bölgəsindəki vəziyyətlə tanış olub.

Stv.az xəbər verir ki, K.Heydərov Zaqatala rayonunun Əliabad qəsəbəsinə gəlib. Nazirə zəlzələ nəticəsində dəyən ziyanla bağlı məlumat verilib.

Qeyd edək ki, K.Heydərovun zəlzələ bölgəsinə səfəri davam edir.

09:44

Zaqatalada 6 bal gücündə zəlzələ baş verib.

Zaqatalada dünən axşam baş verən zəlzələ ilə əlaqədar Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərov əraziyə gedib.

Nazirlə bərabər Zaqatalaya Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli və əməkdaşları da yollanıb.

Stv.az xəbər verir ki, Real Tv-yə danışan Qurban Yetirmişli bildirib ki, xidmət əməkdaşları ərazidə tədqiqat aparacaq.

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində baş verən 6 bal gücündə zəlzələdən sonra bir sıra evlərdə çatlar əmələ gəlib. Zaqatala İcra Hakimiyyətindən verilən məlumatra görə, zəlzələdən sonra bir neçə kənd sakininə məxsus tikililərdə və yaşayış evlərinin divarlarında çatlar əmələ gəlib. Zəlzələdən sonra insanlar arasında yaranan stress və qan təzyiqi səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə çoxlu sayda müraciətlər olub.

Qax şəhəri İmam Mustafayev küçəsi ev 8 ünvanında yaşayan 13 yaşlı Gülər Durmuşzadə zəlzələ baş verən an qaçmaq istəyən zaman yıxılaraq ayağı sınıb. Gülər Durmuşzadə Qax MRX-a yerləşdirlib.

Zaqatala rayonu Göyəm kənd sakinlərinin verdiyi məlumata görə, kənd sakini 63 yaşlı Soltan Qandaxov zəlzələ zamanı həyəcanlanaraq güclü stress keçirib. Stress nəticəsində qan təzyiqi yüksələn Soltan Qandaxov infakt keçirərək ölüb.

  • Stv.az

    azerbaycan

    Related Posts

    “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq
    • Yanvar 20, 2022

    Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi

    Read more

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
    • Yanvar 20, 2022

    Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının

    Read more