Klub rəhbəri: 10 gündür ki, alpinistləri axtarırıq – VİDEO

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları davam edir.

Bu barədə Oxu.Az açıqlamasında “Gilavar” hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov deyib.

“Axtarış tədbirləri Qəbələ və Xınalıq istiqamətlərində aparılır. Qəbələ rayonunda axtarışlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcədə FHN əməkdaşları və federasiya işçiləri tərəfindən həyata keçirilir”, – deyə o bildirib.

Z. Qasımov qeyd edib ki, axtarışlar artıq 10 günə yaxındır ki davam edir.

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

  • Stv.az

    azerbaycan

    Related Posts

    “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq
    • Yanvar 20, 2022

    Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi

    Read more

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
    • Yanvar 20, 2022

    Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının

    Read more

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir