Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qarşıdan gələn Novruz bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətindən verilən məlumata görə, martın 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Qeyd edək ki, hazırda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.
Bayram günləri regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün öncədən almaq tövsiyə olunur. Biletləri Avtovağzalın kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə etmək olar.
  • Stv.az

    azerbaycan

    Related Posts

    Ad Gününüz Mübarək Cənab İLHAM ƏLİYEV..
    • Dekabr 24, 2021

    Azərbaycanın 4-cü prezidenti 31 oktyabr 2003-cü ildən Hökumət başçısı özü (noyabrın 4-dək)Artur RasizadəNovruz MəmmədovƏli Əsədov

    Read more

    Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir – YENİLƏNİB
    • Dekabr 23, 2021

    Prezident.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən

    Read more