Böyük siyahı hazırlanır, Putinə yaxın şəxsləri də əhatə edəcək – Boris Conson açıqladı

Böyük Britaniya keçmiş QRU polkovniki Sergey Skripalın Rusiya mənşəli kimyəvi silahla zəhərlənməsinə cavab olaraq bu ölkəyə qarşı sanksiya hazırlayır. Virtualaz.org xəbər verir ki, bunu xarici işlər naziri Boris Conson BBC telekanalında açıqlayıb. Conson deyib ki, sanksiyalar Rusiya prezidenti Vladimir Putinin korrupsiyaya bulaşmış yaxınlarını da əhatə edəcək.
Birləşmiş Krallığın xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə hazırda cinayətkarlıqla mübarizə üzrə Milli Agentlik qara siyahının potensial fiqurantlarının böyük siyahısını hazırlayır. O qeyd edib ki, söhbət Putinin sayəsində varlananlardan və öz vəziyyətinə görə Kreml rəhbərinə borclu olanlardan gedir. Bu adamların hamısı Britaniya polisinin xüsusi diqqəti altında olacaq.
Bundan əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey elan edib ki, ölkə ərazisində Rusiyaya aid dövlət aktivlərinə də həbs qoyula bilər.
  • Stv.az

    azerbaycan

    Related Posts

    Ad Gününüz Mübarək Cənab İLHAM ƏLİYEV..
    • Dekabr 24, 2021

    Azərbaycanın 4-cü prezidenti 31 oktyabr 2003-cü ildən Hökumət başçısı özü (noyabrın 4-dək)Artur RasizadəNovruz MəmmədovƏli Əsədov

    Read more

    Dövlət və hökumət başçıları İlham Əliyevi təbrik edir – YENİLƏNİB
    • Dekabr 23, 2021

    Prezident.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən

    Read more