Prezident yol tikintisinə pul ayırdı

Azərbaycan prezidenti İlham Əliyev Ağdam rayonunun Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əfətli–Hacıturalı–Həsənxanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

  • Stv.az

    azerbaycan

    Related Posts

    “Məşğulluğa Dəstək Layihəsi”nə bu il daha 6 min şəxs cəlb edilərək kiçik biznesləri qurulacaq
    • Yanvar 20, 2022

    Stv.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Rəsmi saytında verdiyi

    Read more

    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər
    • Yanvar 20, 2022

    Qanlı 20 Yanvar faciəsindən 32 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının

    Read more

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir