Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Bu gün MNX istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir. Burada müasir  tibbi avadanlıqlardan istifadə edilir.Respublikada və ölkə xairicində  təhsil alan yüksək ixtisaslı mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə yanaşı, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər. Azərbaycan səhiyyəsində ğzünəməxsus yer tutmuş,  MNX – nın mütəxəssisləri bilik bə bacarıqları ilə  sübut etdilər ki, artıq hər bir xəstəliyin çarəsini tapmaq üçün digər ölkələrin klinikalarına deyil, məhz Mərkəzi Neftçilər xəstəxanasına gələ bilərlər.Xalqa nümunəvi tibbi  xidmət göstərdikləinə görə ,xəstəxana Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən  Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”-ı ilə təltif edilmişdir. Xəstəxananın ən önəmli cəhətlərdən biri də Türk Standartları İnstitutu tərəfindən bütün dünyada qəbul edilən “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət idarəetmə sistemi standartı üzrə sertifikat ilə təltif olmasıdır. Mərkəzi Neftçilər Xəstəxanası bir sıra tenderlərdə iştirak edərək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və daimi inkişaf kursuna nail olmaq məqsədi ilə beynəlxalq sertifikatlara yiyələnmək istiqamətində fəaliyyətini sürətləndirir. Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr fəaliyyət göstərir. MNX-na xaricdən dəvət olunan ekspertlər, tibb uzmanları azərbaycanlı həmkarlarını diaqnostika, müalicə və reabilitasiyanın müasir üsulları ilə tanış edirlər. Xəstəyə müəyyən edilmiş standartlara və müasir tələblərə uyğun olaraq tibbi yardımın göstərilməsi üçün, ekspertlər həm nəzəriyyə, həm praktiki təlimlər keçirirlər. MNX-sı tibbi sığortada keçirilən islahatları özünə məxsus yüksək səviyyədə qarşılamağa hazırdır Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə tibbi və dərman yardımı almasına təminat verir.Xəstəxanada vətəndaşların tibbi sığorta məsələsiniı dı diqqə edilir.  Hazırda MNX-sının Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi bir sıra sığorta şirkətləri ilə əməkdaşlıq edir və burda  maliyyə şəffaflığı təmin olunur Marketinq şöbəsinin vəzifələrinə həmçinin xəstəxanaya müraciət edən xəstələrin qəbulunun təşkili, tibbi xidmətlər və qiymətlər barədə ətraflı məlumatlandırılması və nəzarət edilməsi və s. kimi öhdəliklər daxildir. Burada korrupsiya üçün heç bir zəmin yoxdur. Səhiyyə Nazirliyinin balansında təsərrüfat hesabı ilə fəaliyyət göstərən müəssisənin maliyyə baxımından idarə edilməsində insan amilinə böyük önəm verildiyindən, xəstələrə yararlandıqları tibbi xidmətin haqqını müalicənin və ya əməliyyatın başa çatmasından sonrakı aylarda da tədricən ödəyə bilmələri üçün imkan yaradılır. MNX-da şəhid ailələrinin, qaşqın və məcburi köçkünlərin, müharibə əlilləri və veteranlarının müraciətlərinə həssas yanaşılır, güzəştlər tətbiq olunur. Xəstəxananın Poliklinikasında bayram və əlamətdar günlər ilə əlaqədar “Açıq qapı” günləri keçirilir. Belə aksiyalar çərçivəsində bütün həkim heyəti iş günü ərzində ehtiyacı olan hər kəsə ödənişsiz tibbi xidmət göstərirlər. Mərkəzi Neftçilər Xəstəxanası fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir Hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir və məhz Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun Təkmilləşdirməsi Layihəsinə imza atılıb. 2010-cu ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşı olan Türkiyənin “Esim Software” şirkəti tərəfindən idarə edilən xəstəxana sözügedən layihənin həyata keçirilməsinə başlayıb. “Esim Software” şirkətinin OTOMATİP xəstəxana informasiya sistemi hazırda uğurla tətbiq edilərək Mərkəzi Neftçilər Xəstəxanasının tam istifadəsinə verilib. “Bizim xəstəxana yeniliklərə daim açıq olan bir müəssisədir və sözügedən layihənin tətbiqi buna sübutdur. Ümumiyyətlə, bu layihə xəstəxananın fəaliyyətinin effektivliyini artırıb. Belə ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası gələmlə yazı işindən 80-85% imtina edib, hədəfimiz isə xəstəxananı tam kompüterləşdirməkdir və düşünürəm ki, cari ilin sonunadək bu proses tam başa çatacaq, Ümumiyyətlə, məqsədimiz tam rəqəmsal xəstəxanaya çevrilməkdir”, – deyə xəstəxananın baş direktoru xanım Leyla Seyidbəyli KİV-ə bildirib. L.Seyidbəyli onu da əlavə edib ki, əgər bundan öncə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan hər bir xəstənin kağız qovluğunda saxlanılan ayrıca uçot kitabçası var idisə, hazırda bütün uçot kitabçaları elektronlaşdırılıb və bu da həkimin vaxt itkisini minimuma endirib: “Bizim xəstəxanada 1 000-dən artıq işçi çalışır ki, onların hamısı müasir avadanlıq və sistemdən istifadə etmək üçün lazımi təlimlərdən keçib. Hazırda xəstəxanada 8 şöbə fəaliyyət göstərir və bu ilin sonunadək sözügedən layihə bütün şöbələri tam əhatə edəcək. Bu gün biz layihə çərçivəsində statistik, texniki və 20-dən artıq digər modulların tətəbiqinə başlamışıq, yaxın gələcəkdə isə layihənin bütün 30 modulu tətbiq olunacaq”. OTOMATİP sistemi müasir xəstəxana idarə etməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, “Ağıllı kart” sistemin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunduğundan yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılıb. “NFC xəstə biləkliyi” və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompüterlər vasitəsilə hər bir xəstə haqqında məlumatları əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur. Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var. Qadın rəhbər olan yerdə… Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Keçirilən seçkilərdə ölkə parlamentinə, bələdiyyələrə seçilən qadınların sayı getdikcə artır. Bütün bunlar qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir. Sevindirci haldır ki, artıq qadınlarımız öz yaşadıqları kəndlərdə müəllim, həkim və ya hər hansı bir işdə işləməklə yanaşı, idarəetmə işinə də maraq göstərirlər. Sağlam rəqabət şəraitində rəhbər mövqelər tutmaqda həlledici amil kişi və ya qadın olmaq deyil, peşəkarlıq, öz işinə sədaqət, lider keyfiyyətləri və nəciblikdir. İstər təyinatla, istərsə də seçkili qaydada tutulan bu və ya digər vəzifələrə namizədlərdən söhbət gedəndə məhz bu xüsusiyyətlər nəzərə alınmalıdır. Məhz bu və diğər üstün xüsusiyyətləri nəzərə alınaraq, MNX-da baş direktor vəzifəsi tibb elmləri üzrə fəlsəfə doktoru Leyla Seyidbəyliyə etibar edilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin rəisi işləmiş Leyla xanımın fəaliyyəti həmişə həm rəhbərlik, həm respublikanın səhiyyə ictimaiyyəti  tərəfindən yüksək qiymətləndirilmişdir. Mərkəzi Neftçilər Xəstəxanasında -da rəhbər vəzifənin icrasına başladığı ilk vaxtlarda verdiyi vədləri, yerinə yetirən baş direktor ona etibar edilmiş işin öhdəsindən layiqincə gəlmiş, göstərilən etimadı doğrultmuşdur.

Qeyd edək ki, Leyla xanım Seyidbəylinin peşakar,qayğıkeş və tələbkar xüsusiyətləri ilə bu gün Mərkəzi Neftçilər Xəstəxanasının   kollektivinə müraciət edən hər bir vətəndaş  orada  sağlamlığının bərpası üçün lazımi tədbirlər görülür. Xatırladak ki,Mərkəzi Netçilər Xəstəxanası bu günlərdə 60 illiyini qeyd edəcək.

STV.az