Lənkəranda yeni dünyaya gələn körpələr ölüb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilən Masallı rayon sakiniMəmmədova Alidə Tofiq qızı vaxtından əvvəl bir qız, bir oğlan dünyaya gətirib.

Əkiz körpələr doğuşdan bir qədər sonra ölüb.

Baş verən körpə ölümünün ilkin səbəbi açıqlanıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova APA-ya bildirib ki, ana Məmmədova Alidə Tofiq qızı xəstəxanaya daxil olanda  yüksək təzyiqi olub: “Vaxtından əvvəl olsa da, həkimlər doğuşu gerçəkləşdiriblər. Uşaqlara perinatal mərkəzdə hər cür yardım edilib, ancaq onlar  həm yarımçıq olduğundan,  həm də ana bətnində infeksiyaya yoluxduqlarından tələf olublar”.

Uşaqların meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb. O, yanvarın 8-də Lənkəran rayon doğum şöbəsinə acılışla gətirilb. Qadının bətinində olan 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar:

Faktla bağlı araşdırma aparılır.